Rəqsanə qızlarını tərk edir - FOTOLAR

MAQAZİN
00:22 21.02.2013
4448

Övladları ilə Moskvaya yerləşən müğənni Rəqsanə yaradıcılıq işlərinə davam edir. Fevralın 25-də bu məqsədlə Türkiyəyə yola düşəçək sənətçi planları barədə bunları deyib:

“Son aylar Azərbaycandan çox Moskvada oluram. Səbəblərdən ən birincisi Aysunun təhsili ilə bağlıdır. Qızlarımı anama etibar edib, bir neçə həftəyə Türkiyəyə gedirəm. Oradakı işlərimin təfərrüatı barədə mətbuata danışmışam. Səfərim zamanı albomun tamamlanma işləri, klip çəkilişləri, serialla bağlı danışıqlar baş tutacaq. Bunun ardınca təqdimatların gözlənilir. Bu səbəbdən Azərbaycana getməliyəm”.

Bir neçə gün əvvəl uzun saç qaynaqlarını çıxaran müğənni bu imicdən uzaqlaşmadığını söylədi. Rəqsanə elə bu gün rus ustalarının xidmətindən bəhrələnib, yenidən uzun saçlara qovuşacaq.

OXŞAR XƏBƏRLƏR