Hal-hazırda Moskvada olan müğənni Rəqsanə İsmayılovanın səhhətində problem yaranıb. Ötən günlərdə anasının xəstələliyi üzündən İstanbulda planlaşdırılmış plastik əməliyyatını təxirə salan müğənni, indi özü qızdırma içində yanır.Rəqsanə xəstəliyini son günlər çox işləməsi ilə əlaqələndirir: "Yorğunam çox, həm də soyuq dəyib, xəstələnmişəm. İki gündü ağrıyıram, indi tempraturum 39 dərəcədi. Heç halım yoxdu.Udquna bilmirəm, çox pis xəstələndim. İşlərimlə bağlı ayın 10-da İstanbula uçmalıyam. Bu halda necə gedəcəyimi bilmirəm. Sağalmasam da getməliyəm, yoxsa işlərim qalır."