Rəqsanədən Xatunun barışıq jestinə cavab: "Gərək üz qoyaydın..."

Rəqsanədən Xatunun barışıq jestinə cavab: "Gərək üz qoyaydın..."
MAQAZİN
14:16 09.02.2019
7776
ARB TV-nin "Şou news” proqramının növbəti müsahibi müğənni Rəqsanə İsmayılova olub.

AZXEBER.COM-un məlumatına görə, sənətçi bir vaxtlar qalmaqal yaşadığı həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib:

"Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim. 

Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə "salam" verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Yaraşmır bizə”.
OXŞAR XƏBƏRLƏR