Müğənni Rəqsanə İsmayılova ailəsi ilə birlikdə gözlərdən uzaq bir həyat yaşasa da, zaman-zaman sosial media hesabında etdiyi paylaşımlarla gündəmə gəlir. Müğənni ilə yanaşı, modelyerlik sahəsində özünü sınamağa çalışan qızı Aysun İsmayılovanın da şəxsi həyatı tez-tez maqazin gündəminin manşetlərini bəzəyir.
Bir müddət əvvəl türkiyəli Ali Tanrıkulu ilə sevgi münasibətlərinə başlayan və nişanlanan Aysun yanvar ayında ayrılıb. Ayrılığa səbəbin nə olduğu göstərilməsə də, sosial şəbəkədə sevgililərin bir-birini izləmədən çıxartması və etdiyi paylaşımlarda söz atması diqqətdən yayınmayıb. Digər tərəfdən diqqət çəkən məqam isə Rəqsanə və eks-kürəkəninin hələ də, qarşılıqlı olaraq bir-birini izləməsidir.
///primetime.az-