"Mənim rəqslərimi eyib bilib müzakirə edənlərin həyatlarından, yaşam tərzlərindən qeyrətlidir mənim rəqslərim".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva sosial media hesabında yazıb.
Sənətçi rəqslərini tənqid edənlərə cavab verib:
"Mənim rəqslərimi eyib bilib müzakirə edənlərin həyatlarından, yaşam tərzlərindən qeyrətlidir mənim rəqslərim. Ay qaynanasan, ay nənə olacaqsan, ay kürəkənin var, qızların var kimi ifadələrinizi özünüzə saxlayın. Mən son nəfəsimə qədər necə varamsa, ele də olacam. Həyat mənim, ürək mənim, istək mənim, keyf mənim! Məni sevənlər belə qəbul etsinlər, zatən mənə yetəcək qədər sevən kütləm var. Bəyənməyənlər də sulu yeməklərinə fikir versinlər".
Aysel