Uzun müddətdir həbsdə yatan "qanuni oğru”, "Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.
AZXEBER.COM unikal.org-a istinadla xəbər verir ki, artıq bir neçə gündür N.Səlifovun həbsdən çıxması böyük coşqu ilə qeyd edilir. Onun şəninə ziyafət də təşkil edilib.
Həmin ziyafətlərin birində meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı, Vasif Əzimov və digərləri də iştirak ediblər. Rəşad Dağlı avtoritetlə bağlı belə bir qafiyə deyib:
"Quli də bizimdi, Namiq də bizimdi...”.
Qeyd edək ki, "Lotu Namiq” "Lotu Quli"nin qardaşıdır.