Rəşad İlyasov həmkarlarını "zombi"yə bənzətdi

Rəşad İlyasov həmkarlarını  "zombi"yə bənzətdi
SOSİAL
11:29 01.11.2023
141
Əməkdar artist Rəşad İlyasov klip bazarında yaşanan durğunluqdan şikayətlənib.

AZXEBER.COM xəbər verir ki, bu haqda "Söz baz" verilişinə danışan müğənni narahatlığını dilə gətirib:

"Yeniliklərim var. Təzə mahnıma klip çəkilməlidir. Amma klip bazarında durğunluq var. Yəni artıq klipə ehtiyac duyulmur deyə çox xərc çəkməyə, vaxt itirməyə dəyməz.  Zamanla uyğunlaşmaq lazımdır. Görün 2000-ci illərdə necə maraqlı kliplərimiz var idi. Sujet xətti olan, rəngləmələr, sinxronlar, dialoqlar var idi. Şəxsən mənim çox xoşuma gəlirdi".

Yeni çıxan klipləri tənqid edən əməkdar artist müğənniləri də "zombi"yə bənzətdi:

"Dünyada bu proses getdi. Fərqli görüntülərlə, səhnələrlə  müğənnilər özlərini zombiyə bənzədirlər. Heç sevmirəm bunları. Üzdə ifadə yox, hiss yox, duyğu yox".

Aysel
OXŞAR XƏBƏRLƏR