Rəşad İlyasov “İmza Mən”də - VİDEO ANONS

MAQAZİN
00:30 28.06.2012
2094

Bu həftə “ARAZ fm 103.3”–ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verlişinin qonağı müğənni Rəşad İlyasov olacaq.

AZXEBER.COM-un məlumatına görə, verilişin və layihənin rəhbəri Səxavət Nur, müğənni haqqında fikir almaq üçün həmkarı Nadir Qafarzadəyə telefon açıb. Qafarzadə, cavabında Rəşad İlyasovu tanımadığını bildirib. Görəsən bunun səbəbi nədir?

Verliş ərzində Rəşad İlyasovun gizli kamera ilə çəkilən görüntüləri yayımlanıb. Rəşadın bu videoya reaksiyası və verlişin aparıcısı Səxavət Nura cavabı nə oldu?

Əgər bütün bu suallara aydınlıq gətirmək istəyirsinizsə, 29 iyun saat 19:30-da Radio Araz 103.3 fm-in və Xəzər televiziyasının efirində yayımlanacaq “İmza Mən”i qaçırtmayın.

Qeyd edək ki, verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR