Rəşad Məcid: Bu son illərin ən çox məhbusa şamil edilən əfv sərəncamıdır

Rəşad Məcid: Bu son illərin ən çox məhbusa şamil edilən əfv sərəncamıdır
SOSİAL
11:23 19.03.2021
415
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Bununla da bəzi məhbusların azadlıqdan məhrum olunma müddəti azaldılıb, bir qismi isə azad edilib. Sərəncam ümumilikdə 625 nəfərə şamil edilib, onlardan 425 nəfəri azadlığa çıxacaq.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid əfv sərəncamı və onun icrası barədə AZXEBER.COM-a fikirlərini bildirib.
 
Onun sözlərinə görə əfv sərəncamının verilməsi böyük humanizm və mərhəmət göstəricisidir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2021-ci il tarixində imzaladığı əfv sərəncamı ölkəmizdə böyük humanizm və mərhəmətin göstəricisidir. Buna görə cənab Prezidentə təşəkkür edirik. Bildiyimiz kimi ötən il pandemiya səbəbindən əfv komissiyası toplaşmamışdır. Ötən ilin sentyabr ayında komissiyanın tərkibi dəyişildi və yeni sədr, yeni üzvlər əlavə olundu. Bununla yanaşı əfv komissiyasının 10 iclasında mindən artıq müraciətə baxıldı, hər bir müraciət ətrafında müzakirələr aparıldı.
 
3-5 saat davam edən iclaslarda üzvlər müraciətlərə münasibət bildirir, həssaslıqla yanaşır, səsverməylə qərarlar qəbul olunurdu. Nəticədə də, hesab edirəm ki, ən çox məhkuma şamil olunan bir siyahı hazırlandı”.
 
Rəşad Məcidin sözlərinə görə, sərəncamın şamil olunduğu məhbusların sayı 625 yox, daha çoxdur: "Biz çalışırdıq ki, komissiyanın iclasları Novruz Bayramınadək yekunlaşsın və sənədləri toplayıb cənab Prezidentə təqdim edək. Çox yaxşı ki, ayın 17-də sonuncu iclası etdik və martın 18-də sərəncam imzalandı. Sərəncam ümumilikdə 625 nəfərə şamil olundu, amma əslində bu say daha çoxdur.
 
Çünki əfv komissiyasının tövsiyyəsi ilə Ədliyyə Nazirliyinə tapşırıldı ki, bir sıra məhbuslar var ki, onların cəzasının bitməsinə qısa müddət, məsələn, 2-3 ay qalıb. Həmin məhbuslar əfv sərəncamı ilə yox, Ədliyyə Nazirliyinin məhkəmələri qaydası ilə azadlığa buraxıldı. Bu, təxminən 20-dən çox məhbusa şamil edildi. Ona görə də bizim əfv siyahımızdakı şəxslərin sayı 650-dən də artıqdır. Bu da son illərin ən çox məhbusa şamil edilən əfv sərəncamıdır. Buna görə bir daha cənab Prezidentə təşəkkür edirik”.

Aydın Nuri,
AZXEBER.COM


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ