Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi
SOSİAL
16:48 27.05.2022
263
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər - Fərid Əhmədov və Samir Məmmədovun cavabdeh olacağı sahələr məlum olub.

Bu barədə "Report”a nazirlikdəki mənbə məlumat verib.

Onun sözlərinə görə, F.Əhmədov innovasiya və təhsil layihələrinə, İnnovasiyalar Agentliyinin, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin tənzimlənməsinə nəzarət edəcək.

S.Məmmədov isə nazirliyə məxsus "Aztelekom”, "Baktelekom” və "AzInTelecom” MMC-lərin fəaliyyətinin tənzimlənməsində iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR