"Rəşad olmadığı üçün meyxanada səliqə-səhman pozulub" - Balaəli

"Rəşad olmadığı üçün meyxanada səliqə-səhman pozulub" - Balaəli
MAQAZİN
15:37 07.10.2024
356
"Nə qədər ki, Rəşadın nəfəsi gəlib-gedir, mənim üçün meyxananın şahı odur. Bu günə qədər ən yaxşı meyxananı mən onda görmüşəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri meyxanaçı Balaəli "Rəngarəng" verilişində deyib.
 
"Mən Ağamirzəyə də, Kərimə də, Məşədibabaya da qulaq asıram. Amma onlar da bilir ki, mənim üçün ilk yerdə Rəşaddır. O, mənim qavraya bildiyim şairdir. Bu gün meyxanada bəzi çatışmayan şeylər var, səliqə-səhman pozulub. Bizim xoşumuza gəlməyən çox şeylər var. Bu da bizim Rəşadımızın olmadığındandır. Nə qədər ki, Rəşadın nəfəsi gəlib-gedir, mənim üçün meyxananın şahı odur. Bu günə qədər ən yaxşı meyxananı mən onda görmüşəm"deyə Balaəli bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR