"Əliyar sağ olsun, məni harada görür, qırmızı vərəqə göstərir. "Qarabağ"la oyunda da heç nədən "qırmızı" göstərmişdi. Halbuki, həmin epizodda mənim meydandan qovulmağıma hətta Qara Qarayev də təəccüblənmişdi".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov "Neftçi" ilə kubok matçından sonra jurnalistlərə açıqlamasında deyib.
"Qırmızı-qaralar"ın kapitanı matçın baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb:
"Bu mövsüm çox hakim səhvi ilə üzləşmişik. Biz bu vaxta kimi heç nə demirdik. Amma bu artıq pik nöqtəsi oldu. Əliyar matçı birtərəfli idarə etdi. Hamı səhv edir. Lakin bu qədər çox olanda, onun təsadüfi olduğunu düşünmək düzgün deyil. Bir daha deyirəm ki, hakim də insandır, səhv edə bilər. Amma normanı keçəndə, vəziyyət fərqli olur".
Sadiqov sonda komandasınəın lehinə verilməyən penalti haqda bunları dedi:
"Penalti var və Əliyar Ağayevin onu görməməsi gülməlidir. Qoy epizodun təkrarına baxıb, utansın.Peyğəmbərimizin belə bir hədisi var: Hər üç hakimdən ikisi cəhənnəmlikdi. Əliyar özü hansınnı istəsə seçim edə bilər".