Rəşad Sadıqov istefa verdi

Rəşad Sadıqov istefa verdi
İDMAN
15:54 04.05.2018
6234
Rəşad Sadıqov "Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət baş məşqçisi vəzifəsindən istefa verib.

AZXEBER.COM kluba istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və "Qarabağ”ın əsas komandasının kapitanı olan Sadıqov bu addımı işlərinin çoxluğu ilə əlaqədar atıb.

"Qarabağ”ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, "Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında cari mövsümdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci yeri tutub. Ötən mövsüm isə qızıl medallara sahib çıxıb.

OXŞAR XƏBƏRLƏR