Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində - FOTO

Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində - FOTO
İDMAN
18:34 18.12.2017
1372

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İngiltərənin "Mançestir Siti" klubunun düşərgəsində iki günlük təcrübə keçib.

AZXEBER.COM xəbər verir ki, "Qarabağ”ın kapitanı bu müddət ərzində "şəhərlilər”in strukturu ilə tanış olmaqla yanaşı, komandanın İngiltərə Premyer Liqasının XVIII turunda "Tottenhem"ə qarşı matçını və məşqini canlı izləyib.

Qeyd edək ki, məşqi izləyənlər arasında Dortmund "Borussiya”sının sabiq baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə məşqçisi Klaudio Taffarel də olub. Sadıqov "Mançester Siti"dən əvvəl İtaliyanın "Roma" klubunun düşərgəsində təcrübə keçib.

OXŞAR XƏBƏRLƏR