Rəşad Sadıqov milli komandaya baş məşqçi təyin edildi

Rəşad Sadıqov milli komandaya baş məşqçi təyin edildi
İDMAN
13:30 11.12.2017
4360
Sabah futbol üzrə Azərbaycanın U-21 yığma komandasına yeni baş məşqçi təyin olunacaq.

Söhbət "Qarabağ”ın kapitanı və bu klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovdan gedir.

O, gənclərdən ibarət millimizin baş məşqçi postuna təyin ediləcək. Rəsmi təyinat sabah AFFA tərəfindən təsdiqini tapacaq.

Qeyd edək ki, daha öncə bu posta Mahmud Qurbanovun gətiriləcəyi bildirilirdi.
 
///sport24.az
OXŞAR XƏBƏRLƏR