"Keşlə” futbol klubunda yeni təyinat olub. AZXEBER.COM kluba istinadən xəbər verir ki, ötən yay futbolçu karyerasını başa vuran Rəşad Sadiqov bundan sonra əsas komandada baş məşqçi Tərlan Əhmədovun köməkçilərindən biri olacaq.