Rəşad Süleymanov: “Heç bir millət vəkilinə ehtiyac yoxdur ki, su, elektrik və ya qaz xətti çəksin” - FOTO

Rəşad Süleymanov: “Heç bir millət vəkilinə ehtiyac yoxdur ki, su, elektrik və ya qaz xətti çəksin” - FOTO
Secki2024
19:17 05.02.2020
2020

51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov millət vəkillərinin səlahiyyətləri, onların seçicilər qarşısında öhdəlikləri və fəaliyyət sahələri barədə danışıb.

Namizəd bundan əvvəl də çıxışlarında zaman-zaman bəzi namizədlərin seçicilər qarşısında öz səlahiyyətlərində olmayan məsələlər barədə vədlər verdiklərini xatırladıb. Bildirib ki, bəzi hallarda namizədlər xüsusilə sosial problemlərin həlli, qaz-işıq məsələləri, yolların çəkilməsi və həmçinin, məşğulluqla bağlı vədlər verirlər. Lakin deputat seçildikdən sonra bu vədlərlə bağlı heç bir addım atmırlar, çünki bu işlər deputatın fəaliyyət sahəsinə daxil deyil.

"Azərbaycan artıq 90-cı illərdəki kimi deyil. Ölkəmiz güclü və qüdrətli dövlətə çevrilib. Heç bir namizəd və ya millət vəkilinə ehtiyac yoxdur ki, su, elektrik və ya qaz xətti çəksin. Çünki Ulu öndər Heydər Əliyevin siyasəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün islahatları nəticəsində bütün sahələrdə modernləşmə gedir və su, qaz və işıqla bağlı məsələlər də öz həllini tapır. Millət vəkilləri isə bu islahat və proseslər zamanı daha aktual vəziyyətdə olan məsələləri qabardaraq sürətli həll yolu təklifi irəli sürə bilərlər”.

R.Süleymanov deyib ki, deputatlığa namizəd olan şəxslər seçicilərə real və öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı vəd verməli və deputat seçildikdən sonra da o istiqamətdə çalışmalıdır:

"Amma görürük ki, bir sıra namizədlərə seçicilər ötən seçkilərdə verdikləri vədlərin yerinə yetirilməməsi ilə bağlı iradlar səsləndirir. Bu da ümumulikdə xoş olmayan mənzərə yaradır. Deputatların səlahiyyət sahələri qanunvericilikdə də konkret olaraq öz əksini tapıb.

Millət vəkili respublikanın qanunlarının formalaşmasında, dövlətin və əhalinin maraqlarına uyğun qərarların qəbulunda iştirak edən, təmsil etdiyi dairə ilə bağlı məsələləri müvafiq tribunalarda qaldıran şəxsdir”.

R.Süleymanov son illər Azərbaycanda həyata keçirilən islahatların, struktur dəyişikliklərinin əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına yönəldiyini vurğulayıb:

"Bu gün bütün sosial məsələlər Cənab Prezidentin diqqət mərkəzindədir. Bu istiqamətdə son müddət ərzində dövlət rəhbərliyi tərəfindən onlarla qərarlar qəbul olunub və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bunun tərkib hissələrindən biridir. Mən əminəm ki, bütün bu proseslər ölkəmizi daha da çiçəkləndirməyə doğru aparacaq!”

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq