Rəşid Mahmudov: “Bizim kişilər qocalan kimi qadınının dədəsinin gorunu söyürlər"

Rəşid Mahmudov: “Bizim kişilər qocalan kimi qadınının dədəsinin gorunu söyürlər"
SOSİAL
10:47 14.03.2024
253
"Qohum evliliklərinin qadağan olunması mümkün deyil. Bu, boş şeydir. Evlənən evlənəcək, onsuz da. Bu evliliyi heç kim qadağan edə bilməz. Biz azərbaycanlıyıq, hər zaman qohuma qız verib, qız almışıq.

Elə bölgələrimiz var ki, orada sırf qohum evliliklərinə üstünlük verirlər. Həmişə olub, olacaq da. Biri xalası qızı ilə evlənmək istəyir, ona kim mane olacaq ki? Uzaqbaşı kəbinini kəsdirməyəcək, amma nəticədə yenə də evlənəcək”.

AZXEBER.COM xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib.

"Genetik xəstəliklər var. Lap yaxın qohumların, məsələn, xalauşaqları, əmiuşaqlarının nikahından doğulan körpələrdə ortaya çıxır. Genləri düzdürsə, onların izdivacından doğulan uşaqlar da sağlam olacaqlar.

Genlərində problem varsa, qohumla yox, başqası ilə evlənəndə də uşaq xəstə doğulacaq. Bunu başa düşmürlər, elə ucundan tutub ucuzluğa gedirlər. Nə qədər müzakirə olunursa-olunsun, bunların qohum evliliyinə heç bir aidiyyəti yoxdur.

Onsuz da, bizdə heç kim sevib evlənmir. O gün "TikTok”da görürəm ki, 92 yaşlı yapon kişi ilə 99 yaşlı qadın əl-ələ tutub oynayırlar.

Elə bilirsən ki, 50-60 yaşları var. Bizim kişilər də qocalan kimi qadınının dədəsinin gorunu söyürlər. Deyirlər ki, səni mənə ürcah edənin... Axı sevib evlənməyiblər”, - deyə həkim bildirib.

Qeyd edək ki, Azərbaycanda qohum evliliyi qadağan oluna bilər. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb