Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”

Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”
SOSİAL
13:55 14.08.2023
340
"Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib. 

Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:
"Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, - deyə R.Mahmudov gileylənib. 

Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqlar üçün də xaricə axın edirlər. 
OXŞAR XƏBƏRLƏR