Rəşid Mahmudovdan Hadi Rəcəbliyə pensiya yaşı ilə bağlı sərt cavab - VİDEO

Rəşid Mahmudovdan Hadi Rəcəbliyə pensiya yaşı ilə bağlı sərt cavab - VİDEO
SOSİAL
10:48 03.03.2017
36974
Tibb elmləri namizədi Rəşid Mahmudov pensiya yaşının artırılması ilə bağlı Hadi Rəcəblinin fikrinə sərt cavab verib.  
 
Rəşid Mahmudov deputat Hadi Rəcəbliyə səsləndirdiyi fikirlə bağlı sərt reaksiya verib.
 
"Hadi Rəcəbli yenə də əhalinin əleyhinə danışmağa başlayıb. Onun cavabını vermişəm. Belə şeylər ayıbdı. Millətin əksinə getmək olmaz. Bunlar necə deputatdırlar? Milləti məhvə doğru aparırlar. Hadi Rəcəbli qeyd edib ki, insanlara 12 ildən artıq pensiya vermək olmaz. Nə üçün vermək olmur. Biri 66 yaşında öləcək, biri 67, biri 68, biri 70. Sən insana 12 il pensiya verməlisən. Vermirsən axı onu. Azərbaycanda orta yaş 59-dur. Mən həkiməm, sən kimə deyirsən bunları. Onlar hər vəclə istəyirlər ki, bu insanları yazıq eləsinlər. Dedilər ki, qazı artırırıq kasıblara təsiri olmayacaq. Mən dedim ki, bəs axı çörək qazla bişir, o necə olacaq? Onda da ya çörəyin çəkisini azaldırlar ya da qiymətini artırırlar. Bunlar düzgün hərəkət deyil. 65 yaşdan sonra insanların hamısı 12 il yaşayırmı? Otra rəqəm götürülməlidir. Bütün dünyada ölkələrinin deputatları çalışırlar ki, öz ölkə əhalisinə kömək etsin. Bizimkilər isə hamısını tərsinə edirlər. Ayıbdır. "

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralın 28-də «Əmək pensiyaları haqqında» Qanuna təklif olunan dəyişiklikləri müzakirə etmişdi. Pensiya qanununa 98 dəyişiklik təklif edilir.

Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Mövcud qanuna görə, kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır. İndi bu yaş həddini 65-ə qaldırırlar. Üstəlik, Azərbaycanda orta ömür həddi ilə bağlı rəsmən açıqlanan rəqəmlərə ciddi şübhələr var.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli «Əmək pensiyaları haqqında» Qanuna pensiya yaşının artırılması ilə bağlı təklif olunan dəyişiklikləri «Qafqazinfo»ya şərh edərkən belə deyib.

Deputat deyib ki, müəllimlər, həkimlər onlarla qırğın edirlər ki, «gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxardırsınız».

O, həmçinin qeyd edib ki, pensiyaçı qadınların dünyadan köçmə yaşı statistikaya əsasən, 78.5 ildir.
/// "Yeni Avaz"

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”
17:27 28.05.2025
“Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”
Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
17:09 28.05.2025
Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
16:48 28.05.2025
Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir
16:42 28.05.2025
Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir
Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
16:19 28.05.2025
Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
15:48 28.05.2025
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
15:43 28.05.2025
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
15:17 28.05.2025
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
15:14 28.05.2025
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
Elvinin klipi üç gündə trend oldu
15:00 28.05.2025
Elvinin klipi üç gündə trend oldu
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
14:58 28.05.2025
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
Azərbaycanda məktəbli qəfil öldü
14:46 28.05.2025
Azərbaycanda məktəbli qəfil öldü
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
14:44 28.05.2025
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
14:42 28.05.2025
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
14:32 28.05.2025
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
14:31 28.05.2025
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"