Hövsan Olimpiya İdman KompleksindəHelsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinəhəsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi start götürüb. Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, turnirin ilk günündə 42, 46, 50, 54, 58, 63 və 69 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparır. 122 pəhləvanın mübarizə apardığı yarışda artıq finalçılar məlumdur. 42 kq Babək Hüseynov (Gəncə TİM) - Əliabbas Rzazadə ( ROİL) 46 kq Elvin Namazov (Gəncə TİM) - Aqil Feyruzzadə (Abşeron, Neftçi İSM) 50 kq Mahal Novruzov ( ROİL) - Əfqan Xaşalov ( Qazax, Neftçi İSM) 54 kq Almazbek Süleymanov (Rusiya) - Mahir Əmiraslanov ( Neftçi İSM) 58 kq Pənah İlyaslı (Qazax, Təhsil İC) - Qüdrət Ağayev (Abşeron, Neftçi İSM) 63 kq Ruslan Aslanov ( Abşeron, Neftçi İSM) - Təbriz Məmmədov (Naxçıvan) 69 kq Fuad Məmmədov (Füzuli) - Rustəm Həsənov (Atasport) Turnirin rəsmi açılış mərasimi saat 17.00-da başlayacaq. Ardınca bürünc medal və final görüşləri olacaq.


