Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"

Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
SİYASƏT
15:58 04.07.2025
275
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Avrasiya məkanında aparıcı inteqrasiya qurumuna çevrilməsi üçün kifayət qədər potensialı mövcuddur.

AZXEBER.COM report-a istiandən xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təşkilata üzv ölkələr müasir texnologiyalar sahəsində əməkdaşlığa xüsusi diqqət yetirməlidir: "İnformasiya texnologiyaları üzrə əməkdaşlıq vahid informasiya məkanının formalaşmasına imkan yaradır. Bu sahədə əlaqələrin genişləndirilməsi vacibdir”.

O bildirib ki, təşkilat daxilində "yaşıl texnologiyalar” istiqamətində əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur.

R.Meredov vurğulayıb ki, ECO-nun inkişafı üçün üzv ölkələrin malik olduğu təbii resurslar, demoqrafik potensial və ticari əlaqələr möhkəm zəmin yaradır.
OXŞAR XƏBƏRLƏR