Rəsmi Bakı Almaniya və Belçikaya başsağlığı verdi

Rəsmi Bakı Almaniya və Belçikaya başsağlığı verdi
SİYASƏT
13:17 16.07.2021
722
Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikaya başsağlığı verib.

Bu barədə XİN-in "Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Avropanın qərbindəki ekstremal hava şəraiti narahatlıq doğurur.

"Biz Almaniya və Belçikaya daşqın qurbanlarına görə başsağlığı veririk. Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniyanın, həm də Belçikanın yanındadır”, - deyə bildirilib.
OXŞAR XƏBƏRLƏR