Rəsmi Bakıdan azərbaycanlı miqrantların yandırılması haqda açıqlama

DÜNYA
22:49 24.08.2015
1187

Almaniyada azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində baş vermiş yanğın hadisəsində təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar.

Bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq ümid edirik ki, istintaq obyektiv və müfəssəl şəkildə aparılacaq və təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar”, - deyə Hikmət Hacıyev vurğulayıb.

//virtualaz.org

OXŞAR XƏBƏRLƏR