Rəsmi Bakıdan Ermənistana tutarlı cavab: “Beynəlxalq hüquqa hörmət etməyi öyrənin!”

Rəsmi Bakıdan Ermənistana tutarlı cavab: “Beynəlxalq hüquqa hörmət etməyi öyrənin!”
SİYASƏT
11:31 18.06.2021
443
Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının, xalqın rifahına deyil, bir qrup insanın maraqlarına xidmət edən siyasət yürütməsinin və nəhayət, sərgilədiyi revanşist mövqeyinin məhz erməni xalqına qarşı olduğunu dərk etmir. Ermənistanın bu barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir.

Bu sözlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin şərhində yer alıb.

Bildirilib ki, beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-in indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Beynəlxalq hüquqa istinad edən Ermənistan ilk növbədə ona hörmət etməyi öyrənməlidir.

"Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilən regional əməkdaşlıq platformasını rədd edən Ermənistanın XİN-in bunu "erməni xalqına qarşı təhlükə” və "bölgə üçün təhdid” bəhanələri altında təqdim etməsi isə Ermənistanın sülh, əməkdaşlıq, inkişaf meyllərindən nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni vəziyyət formalaşıb və regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb. Bu vəziyyəti dərk edərək, əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır. Azərbaycan və Türkiyə isə Şuşa Bəyannaməsində də ehtiva olunduğu kimi, "beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirəcəklər”, - şərhdə qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq