Rəsmi Bakıdan İsrail dronları ilə bağlı - açıqlama

Rəsmi Bakıdan İsrail dronları ilə bağlı - açıqlama
SİYASƏT
17:26 30.08.2019
11966

"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat yayıb.

 

"Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”, - deyə qurum rəsmisi qeyd edib.

OXŞAR XƏBƏRLƏR