Rəsmi Bakıdan Paşinyana növbəti cavab

Rəsmi Bakıdan Paşinyana növbəti cavab
SİYASƏT
22:26 31.01.2019
4605
Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcəyik” kimi bəyanatla çıxış edib. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanata münasibət bildirib.

"Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxarılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə, sual meydana çıxır: Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, -deyə bəyanatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR