Rəsmi Moskva HAMAS-a çağırış edib

DÜNYA
19:58 15.11.2024
292
Rusiya Qəzza zolağında HAMAS tərəfindən saxlanılan rusiyalılar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsinə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

"Bu gün yüzdən çox insan əsirlikdədir. Biz o mövqedən çıxış edirik ki, günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanmasına heç bir şəkildə haqq qazandırıla bilinməz. Biz fələstinli dəstələrin əlində olan bütün mülki şəxslərin, ilk növbədə, soydaşlarımız Trufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova, həmçinin qeyd edib ki, girovların azad edilməsi mövzusu Rusiya tərəfinin HAMAS və digər Fələstin təşkilatlarının siyasi qanadının nümayəndələri ilə təmaslarında prioritetdir. Onun sözlərinə görə, bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş, o cümlədən Rusiyanın Yaxın Şərq ölkələrindəki səfirliklərinin kanalları vasitəsilə davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HAMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsindən və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HAMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülən vətəndaşlarının hamısını azad etmək məqsədi ilə anklavda əməliyyata başlayıb. Sentyabrın 23-də İsrail Livanın cənubundakı sərhəd bölgələrində şiə Hizbullah qruplaşmasına qarşı "Şimalın Oxları” əməliyyatına başlayıb.
 
///apa

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus