Rəsmi Moskva: Ukrayna ilə bağlı hər bir danışıqlar raundu nizamlanmanı yaxınlaşdırır

Rəsmi Moskva: Ukrayna ilə bağlı hər bir danışıqlar raundu nizamlanmanı yaxınlaşdırır
SİYASƏT
15:09 25.03.2026
125
Ukrayna ilə bağlı hər bir danışıqlar raundu Rusiyanın maraqlarını nəzərə alaraq nizamlanmaya doğru bir addımdır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı hər bir danışıqlar raundu nizamlanmanı yaxınlaşdırır.

"Bəlkə də danışıqların hər raundu həqiqətən nizamlanma formulunun tapılmasına doğru bir addımdır və bizim üçün, ilk növbədə, maraqlarımızı nəzərə alan bir formuldur", Kremlin sözçüsü tərəflərin nizamlanmaya yaxınlaşıb-yaxınlaşmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

"Biz nizamlanmanı asanlaşdırmaq üçün ABŞ-ın xoşməramlı xidmətlərinin davam etməsinə ümid edirir. Biz danışıqlara açıq qalmağa davam edirik", Peskov əlavə edib.
OXŞAR XƏBƏRLƏR