Putinin sözcüsündən şok etiraf: "Biz qoşunlarımızın xeyli hissəsini itirmişik"

Putinin sözcüsündən şok etiraf: "Biz qoşunlarımızın xeyli hissəsini itirmişik"
DÜNYA
22:32 07.04.2022
2016
Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın "SkyNews” telekanalına müsahibəsində bildirib.

"Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - deyə Kremlin sözçüsü bildirib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib.

Eyni zamanda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin martın 25-də verdiyi məlumata görə, Ukrayna tərəfinin itkiləri 30 min nəfər təşkil edib.
OXŞAR XƏBƏRLƏR