Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya

Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya
DÜNYA
10:39 15.12.2020
2938
"ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını qətiyyətlə pisləyir və Türkiyə xalqı və hökumətini dəstəkləyirik”.

AZXEBER.COM xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitterdə yazıb.

"ABŞ yenidən sanksiyalara meyili və beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirir”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ötən gün Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
OXŞAR XƏBƏRLƏR