Polşa ilə Ukrayna arasında gərginlik aradan qaldırılıb.
Bu barədə Polşa Prezident Ofisinin rəhbəri Pavel Şrot deyib.
Onun sözlərinə görə, iki ölkə arasında konfliktin ən gərgin mərhələsi artıq keçmişdə qalıb: "Mövcud fikir ayrılıqlarına sakit yanaşmaq, münasibətlərin qorunmasına çalışmaq lazımdır. Elə etməliyik ki, münasibətlərimiz yaxşı olsun”.
Xatırladaq ki, Ukraynanın Varşavadakı səfiri Vasil Zvariçi avqustun 1-də Polşa Xarici İşlər Nazirliyinə çağırılmışdı. Buna səbəb kimi Ukrayna hakimiyyətinin Polşanın dəstəyini lazımi səviyyədə qiymətləndirməməsi göstərilmişdi.