Rəsmi Vaşinqton Türkiyədə keçirilən bələdiyyə seçkisinə münasibət açıqlayıb.AZXEBER.COM-UN xəbərinə görə, ABŞ Dövlət Departamentinin məruzəçisi Mari Harf seçkiə aktiv iştirak etdiyinə görə, Türkiyə xalqını təbrik edib.“Seçki ilə bağlı rəsmi nəticələr hələlik açıqlanmayıb. Amma seçkidə göstərdiyi fəallığa görə, türk xalqını təbrik edirik”.Jurnalistlərin seçkidə saxtakarlıq iddiaları barədə verdiyi suallara isə departament rəsmisi təmkinli yanaşıb.“Bu cür iddialardan bizim də xəbərimiz var. Dünyada keçirilən digər seçkilərdə olduğu kimi burda da ölkə rəsmilərinə, etimada kölgə düşürəcək hər cür saxtakarlıq iddialarının araşdırılmasını təklif etdik”.