Rəsmi Yerevanın növbəti maxinasiyası: Ermənistan hökuməti xalqın qəzəbinə tuş gəlib

SİYASƏT
12:02 20.02.2015
1233
Ermənistan Respublikaçılar Partiyası icra orqanının fevralın 19-da keçirilmiş iclasından əvvəl hökumət binası arxasında insident baş verib.
Evləri satın alınmış zonaların aldadılmış sakinləri icra orqanının iclasında iştirak etməyə gedən baş nazir Hovik Abramayanla görüşmək üçün hökumət binasının qarşısına toplaşıblar. Adətən burada partiyanın ofisinə piyada gedən baş nazir bu dəfə hökumət binasının həmin girişindən çıxmayıb. Partiyanın ofisinə xidməti avtomobildə gedib.
Şikayət edən sakinlər bunu hiss etdiklərindən qalmaqal salaraq baş nazirin avtomobildən düşməsini tələb ediblər. Bundan sonra onlar baş naziri müşayiət edən maşınların qarşısını kəsərək nazirlər kabinetinin həyətinə girməsinə imkan verməyiblər. Polislər aksiyaçıları sıxışdıraraq yoldan uzaqlaşdırıblar. Evləri satın alınmış sakinlər baş nazirin onlara sözü olmadığından görüşdən yayındığını bildiriblər.
Şikayətçilər hökumətin onları aldatdığını, rəsmilərin zərərçəkən əhalinin mənzil problemlərini həll etməyə borclu olduqlarını bəyan ediblər.
OXŞAR XƏBƏRLƏR