Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
AZXEBER.COM xəbər verir ki, mərhumun cənazəsi Təzəpir məscidindən götürüləcək.
***
Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.