Respublika günü Kiprdə də qeyd edilib - FOTOLAR

Respublika günü Kiprdə də qeyd edilib - FOTOLAR
SOSİAL
23:50 01.06.2016
1613
Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycalı tələbələr tərəfindən 28 May Respublika Bayramı ilə bağlı tədbir təşkil olunub.
Kıbrıs Ulslararası Universitetində baş tutan bayram tədbirində həmin təhsil ocağının müəllimləri və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin (AKDC) üzvləri və xarici ölkələrdən Şimali Kipr Türk Respublikasında təhsil almağa gələn çoxsaylı tələbələr qatılıblar. Tədbiri giriş sözü ilə açan Kıbrıs Uluslararası Universitetinin Prorektoru, professor Əhməd Adalıər iki qardaş ölkə arasında dərin mənəvi bağlar olduğuna diqqət çəkib. Şimali Kipr Türk Respublikasında təhsil alan tələbələrin qardaş ölkədə rahat təhsil ala bildiyini qeyd edib. Bu baxımdan universitetimizdə təhsil alan azərbaycanlı tələbələr həm yaxşı təhsil alır, həm də ictimai işlərdə fəal iştirak edirlər. Professor çıxışının sonunda Kıbrıs Beynəlxalq Universitetinin akademik mühitində uğurlu və vətənpərvər tələbələr kimi tanınan azərbaycanlıların bu bayramını ürəkdən təbrik edib.
Hər zaman Azerbaycanı doğma və qardaş ölkə kimi qəbul etdiklərini dilə gətirən adalılar gələcəkdə KBU ilə Azərbaycan universitetləri arasında əməkdaşlığa da xüsusi maraqla yanaşacaqlarını bildirib. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Sədri Orxan Həsənoğlu əvvəlcə tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilinə şərait yaradan universitet rəhbərliyinə minnətdarlığını bildirib. Natiq çıxışında son illər Azərbaycanın beynəlxalq aləmdə uğurlar əldə etdiyini, ölkə başçısı Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hər gün biraz daha tanındığını bildirib. O diaspora sahəsində görülən ciddi çalışmaların artıq bəhrə verdiyini, Azərbaycanın beynəlxalq həcmli layihələrə ev sahibliyi etdiyini bildirib. 
Kıbrıs-Azərbaycan arasında diplomatik münasibətlərin olmamasının Dağlıq Qarabağ problemi ilə birbaşa əlaqəsi olduğunu bildirən diaspora sədri, buna baxmayaraq Kıbrısda təhsil alan azərbaycanlılara daima Azərbaycanın Ankara səfirliyi Təhsil Müşavirliyinin qayğı gösdərdiyini və onlarla daim maraqlandığını bildirib. "Tələbələrimiz burada ölkəmizi təmsil edir. Bu baxımdan istər təhsil sahəsində, istərsə də məişət davranışlarınada buna xüsusi diqqət yetirməlidirlər. Sizi buraya göndərən valideyinlər və ölkəmiz bir an öncə uğurlu nəticələrlə məzun olmanızı gözləyirlər. İnanıram ki, bu yolda onların ümidlərini doğruldacaqsınız". Daha sonra tədbir bu təhsil ocağında təhsil alan tələbələrin müxtəlif musiqi nömrələri davam etdirilib. Tələbələrin timsalında milli mahnılarımızın ifası və müxtəlif milli rəqslərimizin nümayişi tədbir iştirakçıları tərəfindən çox maraqla qarşılanıb. 
Sonda Kıbrıs Beynəlxalq Universiteti tərəfindən Azərbaycan-Kıbrıs Dostluk Cəmiyyətinə əməkdaşlıq sertifikatı təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb