Respublika Perinatal Mərkəzində yanğın: Pasiyentlər təxliyə olunub

Respublika Perinatal Mərkəzində yanğın: Pasiyentlər təxliyə olunub
SOSİAL
08:08 09.01.2024
331
Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: "Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR