“Respublikada mühüm addımlar atılır” - İlham Əliyev

“Respublikada mühüm addımlar atılır” - İlham Əliyev
Siyasət
11:19 19.12.2018
3645
Prezident İlham Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına müraciət edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, müraciəti qurultayda iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.

Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının öz işinə başlaması münasibətilə səmimi salamlayır və hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosial yönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.

Hazırkı mərhələdə başlıca məqsədlərimizdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsi və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir. Bu istiqamətdə post-neft dövrü iqtisadiyyatının müxtəlif sahələr üzrə inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır".

Dövlət başçısı qeyd edib ki, islahatların müvəffəqiyyətlə aparılması və müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizi nüfuzlu və etibarlı tərəfdaş kimi tanıdıb: "Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ilin oktyabrında Dünya Bankının yaydığı "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirdiyimiz islahatlar sayəsində mümkün olmuşdur.

İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik".

Prezident vurğulayıb ki, hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində əldə edilən nailiyyətlər sahibkarlara biznes fəaliyyətini daha da genişləndirmələri üçün əlavə stimul yaradır: "Milli iqtisadiyyatın əsas sektorları üzrə qəbul olunmuş strateji "Yol Xəritə”sinin ölkəmizdə bir sıra sahələrin, o cümlədən sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayacağına inanıram.

Ümidvaram ki, qurultay zamanın çağırışlarına və milli inkişaf prioritetlərinə uyğun qərarları ilə qurumunuzun gələcək fəaliyyətinin səmərəli təşkili və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib