“Respublikanın Regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda konfransı keçirilib - FOTOLAR

SOSİAL
11:29 14.05.2022
108
Gəncə şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə "Respublikanın Regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda VIII-ci Regional konfrans keçirildi.

AZXEBER.COM xəbər verir ki, konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açdı. T.e.d. Namazova Hicran, Prof. Paşa Qəlbinur konfransın keçirilmə məqsədindən oftalmologiyanın inkişafı ilə bağlı görüləcək işlərdən söz açdılar.

Konfransda T.ü.f.d. Abdıyeva Yazgül tərəfindən "Gəncə-Qazax iqtisadi rayonunda oftalmoloji yardımın optimallaşdırılması”, Həsənova Rəvanə tərəfindən "Uşaqlarda refraksiya patologiyaları və çəpgözlük zamanı aparılan pleoptik, ortoptik və cərrahi müalicə metodlarının effektivliyi”, T.ü.f.d. Tağıyev Qafar tərəfindən "Vitreoretinal patologiyanın müasir müalicəsinə dair”, T.ü.f.d. Mirişova Mirana tərəfindən "Astiqmatizm və yüksək dərəcəli miopiyalı xəstələrdə FEMTO-LASIK korreksiyası. Nəticələr”, Bayramova Humay tərəfindən "Travmatik katarakta zamanı optimal taktika seçimi”, İmranova Şəfaqət tərəfindən "Allergik konyunktivitlər” və Quliyev Faiq tərəfindən "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialındaki fəaliyyətləri” mövzuları məruzə edildi.

Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək, region həkimkərinin inkişafına dəstək olmaqdan ibarət idi.

Qeyd edək ki, konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak etdi.

Konfransda suallar və təkliflər səsləndirildi.
 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR