Restoran müdiri işçi ilə mübahisə edən müştərinin üzünə qaynar su töküb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da məşhur restoranın mağaza müdiri işçisi ilə dava edən iki müştərinin üzərinə qaynar su töküb.
Belə ki, ABŞ-ın Dallas şəhərindəki restoranlardan birində iki müştəri 3 dəfə yanlış yemək aldıqdan sonra sifarişlərini düzəltmək istəyərkən işçi ilə mübahisə edib. Sifarişlə bağlı müzakirələrə qarışan müdir mətbəxdən bir vedrə qaynar su ilə çıxaraq onların üstünə atıb.
Üzündə qalıcı dəri zədəsi olan və beynində ciddi zədə alan müştəri restoranı məhkəməyə verib və 1 milyon dollar təzminat tələb edib.
Ayşən