Restoran sahibi hesabın yüksək olduğunu bildirən müştərini öldürdü

Restoran sahibi hesabın yüksək olduğunu bildirən müştərini öldürdü
DÜNYA
13:48 09.08.2022
695
Restoran sahibi hesabı yüksək olduğunu iddia edən müştərini öldürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada restoran sahibi Ş.Y hesabı çox yüksək olduğu səbəbi ilə onunla mübahisə edən Esat Kanini ov tüfəngi ilə öldürüb.

Məlumata görə, onlar arasında ilk növbədə mübahisə yaranıb, mübahisə genişləndikcə isə onlar əlbəyaxa olublar.
 
Ş.Y ov tüfəngindən istifadə etməklə Esat Kani və dostlarına atəş açıb. Esat Kani hadisə yerində ölüb, 2 dostu isə yaralanıb. Hadisə yerinə polis və tibb işçiləri gəlib. 

Hadisə ilə bağlı istintaq davam edir, restoran sahibi Ş.Y nəzarətə götürülüb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR