Restoranda insident baş verdi: Ofisiantlar müştəriləri döydü

Restoranda insident baş verdi: Ofisiantlar müştəriləri döydü
DÜNYA
11:44 27.09.2023
288
Sosial şəbəkələrdə paylaşılan video və fotolarda dəbdəbəli restoranda ofisiantlarla müştərilərin davası  lentə alınıb.

AZXEBER.COM xəbər verir ki, həmin görüntülər dünyanın ən turistik şəhərlərindən biri olan Venesiyanın məşhur Müqəddəs Mark Meydanında lentə alınıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə dəbdəbəli restoranda bir qrup turistlə ofisiantlar arasında dava düşüb. İtaliyanın "Corriere del Veneto” qəzetinin paylaşdığı görüntülərdə davanın meydandakı "Caffe Chioggia”da baş verdiyi ortaya çıxıb.

Ofisiantlarla əcnəbi turistlərin naməlum səbəbdən mübahisə etdiyi görülüb. Hadisə qısa zamanda alovlandığından stol və stullar havada uçub.

Ən azı 7 ofisiant turistlərlə mübahisə edərkən, bəzi ofisiantlar vəziyyəti sakitləşdirmək üçün hərəkətə keçib. 

Hadisə şahidləri bildiriblər ki, dava bəzi ofisiantların mübahisə etdikləri əcnəbi turisti itələməsi ilə başlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR