Restorandakı mübahisə qanla bitdi: 1 ölü, 1 yaralı

Restorandakı mübahisə qanla bitdi: 1 ölü, 1 yaralı
DÜNYA
12:46 04.08.2021
758
Türkiyədə dəhşətli hadisə baş verib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kocaelinin İzmit rayonunda baş  verib. Restoranın ofisində iki nəfər arasında gedən mübahisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata və iddialara görə, iki nəfər restoranda mübahisə etməyə başlayıblar. Mübahisənin artması ilə əlaqədar biri digərinə atəş açıb. 

Hadisəni görən vətəndaşlar vəziyyəti təcili zəng mərkəzinə bildiriblər, nəticədə yaralı şəxs xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb və ölüb. Yaralanan digər şəxsin müalicəsinin davam etdiyi bildirilir.

Hadisədən sonra polislər şahidlərin ifadələrini almaq üçün restoran işçilərini polis bölməsinə aparıblar.

Hadisə ilə bağlı istintaq başladılıb.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR