Rəsul Quliyev Arif Hacılını “cırtdan” adlandırdı

SİYASƏT
13:02 22.10.2013
1115

Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyevlə Müsavat funksionerləri arasında “replilka mübadiləsi” dayanmır.

AZXEBER.COM xəbər verir ki, R.Quliyev modern.az-a açıqlamasında onun ictimai-siyasi proseslərə təsir etmək imkanının olmadığını deyən Müsavat icra aparatının rəhbəri Arif  Hacılının “borcunu qaytarıb”: “Özlərini seçki vaxtı yaxşı aparmayıblar. Ona görə də Mili Şuradan getməlidirlər. Nə qədər ki, bu “cırtdanlar özlərini div sayacaqlar, Azərbaycanın vəziyyəti bir o qədər fəna olacaq. Müəyyən yazılara rast gəlirəm. Ümumiyyətlə, kiminsə hər hansı fikrinə münasibət bildirmək üçün ilk növbədə onun kim olduğu və indiyə qədər hansı həyat yolu keçdiyini bilməliyəm. 50 yaşa çatan və bir gün belə faydalı heç bir işlə məşğul olmayan bir şəxsin fikrinə münasibət bildirməyi isə düzgün hesab etmirəm”. R.Quliyev açıqlamasının davamında Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları haqqında tənqidi fikirlərini bir az da tündləşdirib: “Sadəcə olaraq heç bir perspektivi olmayan, zorla siyasətdə ilişib qalmaq istəyən 20 illik liderlərlə hər hansı iş birliyi qurmaq fikrim yoxdur. Bu adamlar iki il idi ki, İctimai Palatanın adından danışırdılar, indi də Milli Şura adından çıxışlar edirlər. Vaxtilə İctimai Palata deyiləndə AXCP və Müsavat nəzərdə tutulurdu. İndi həmin partiyalar Milli Şura adından qərar verirlər. İş o yerə gəlib çatıb ki, Müsavatın bəzi dəyərsiz funksionerləri iclassız, qərarsız kimlərisə Milli Şuradan çıxaracağını deyirlər”. Eks-spiker əlavə edib ki, Milli Şuranın bəzi təmsilçilərinin iddialarına baxmayaraq, yeni partiya yaratmaq niyyətində deyil.

 

 

OXŞAR XƏBƏRLƏR