Rəsul Quliyev Milli Şuranı Don Kixota bənzətdi

SİYASƏT
15:18 02.12.2013
1022

Eks-spiker Rəsul Quliyev Milli Şuranı mənasız fəaliyyətdə günahlandırıb.

AZXEBER.COM xəbər verir ki, R.Quliyev hafta.az-a müsahibəsində Milli Şuranın daxilində gedən prosesləri “bir-iki tərbiyəsiz uşağın” davranışı kimi qiymətləndirib: “MŞ-nın bəzi üzvləri, istər nidaçı, istər qeyri-nidaçı mənim məsələmin müzakirəsinə heç bir əhəmiyyət vermədiyimi hələ də anlaya bilmirlər. Bilmirəm, bu insanlar olmayan düşmənlə vuruşmaqdan nə vaxt əl çəkəcəklər. Əsərin axırında hətta Don Kixot da mənasız vuruşduğunu başa düşmüşdü. 20 il Don Kixotluq etmək olmaz.

Mən bu dəqiqədə elan edə bilərəm ki, Milli Şuradan istefa verdim. Hamı bilir ki, bugünkü MŞ-ya mən bir-iki dəcəl uşağın öz oyuncağını başqasına verməmək üçün çığır-bağır salır kimi baxıram.

Və nə vaxt avtomatik bu təşkilatdan çıxmış hesab edilməyi qeyd etmişəm. Mənim üçün maraqlıdır, Azərbaycan xalqının taleyini həll etmək üçün toplandıqlarını bəyan edən MŞ üzvləri bir-iki tərbiyəsiz uşağın özlərini aparmaqlarına necə reaksiya verəcəklər”.

OXŞAR XƏBƏRLƏR