Rəsul Quliyevdən İsa Qəmbər əleyhinə şok məktub - FOTOFAKT

SİYASƏT
18:20 20.08.2013
2041

Rəsul Quliyev İsa Qəmbərin ünvanına şok ittihamlar səsləndirib; ACP lideri Rüstəm İbrahimbəyovun alətə çevrildiyini deyir

Editor.az-ın redaksiyasına Milli Şuradakı mənbələrdən eksklüziv müraciət daxil olub. 

Müraciətdən belə bəlli olur ki, bu Milli Şurada növbəti kəskin qarşıdurmanın əsasını qoyacaq. Açıq Cəmiyyət Partiyasının(ACP) lideri Rəsul Quliyevin müraciətinin əksini tapdığı məktubda eks-spiker Milli Şuranın 19 avqust sessiyasından narazı qaldığını dilə gətirir. R.Quliyev qeyd edir ki, özünü Müsavat başqanı adlandıran İsa Qəmbər öz namizədliyinin davasını aparır və bütün imkanlardan yararlanaraq Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun imici zədələməyə çalışır. ACP lideri iddia edir ki, İ.Qəmbər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna yazdırır ki, “R.İbrahimbəyov lider deyil, siyasətçi deyil”, sonra isə guya onun vahid namizədliyini dəstəklədiyini deyir.

Rəsul Quliyev yazır ki, o İsa Qəmbəri yaxşı tanıyır və onun parlametdə hansı oyunlar oynadığını bilir. “”Yeni Müsavat” qəzeti vasitəsilə İsa Qəmbər demokratik qüvvələrə böyük təxribat hazırlayır” deyə eks spiker qeyd edir. Rəsul Quliyevin sözlərinə görə, Rüstəm İbrahimbəyov vahid namizəddir deyə o, öz namizədliyini irəli sürmür: “Rüstəm İbrahimbəyov çox görkəmli ziyalıdır. Onun Milli Şuradakı siyasi oyunbazların, təxribatçı qüvvələrin əlində alətə çevrilməsi məni hədsiz narahat edir”.

ACP lideri yazır ki, o, başqa digər şəxslərin namizədliyini qəbul etmir və bu halda öz namizədliyini irəli sürəcək. O bunun üçün həm xalqdan, həm də böyük dövlətlərdən(?!) dəstəyinin olduğunu iddia edir: Rəsul Quliyevin Milli Şuraya göndərdiyi rəsmi müraciətin fotosunu olduğu kimi təqdim edirik.

Səslənən ittihamlarla bağlı adıçəkilən şəxslərin də mövqeyi dərc ediləcək.

OXŞAR XƏBƏRLƏR