‘Rəsulzadənin abidəsi önündə baş əyənlər onu devirənlərin yanındadır’ - Elşən Musayev

SİYASƏT
21:42 29.05.2013
2424

Sözün əsl mənasında rüsvayçılıqdır.

Gedib öndərim dedikləri Rəsulzadənin abidəsi önündə boğazdan yuxarı moizələr oxuyurlar, üzərindən də 3-4 saat keçməmiş bir araya gəlib elə həmin Rəsulzadənin qurduğu dövləti çökdürən Rusiyanın təlimatı ilə yeni birlik yaratdıqlarını bəyan edirlər.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloqElşən Musayevmüxalif qüvvələrin təsis etdiyi “Milli Şura”adlı quruma münasibət bildirərkən söyəyib.

Politoloq daha sonra bunları əlavə edib:

“Milli Şura” güman ki, Azərbaycan siyasətində bu günə qədər formalaşan birliklərin ən rəngarəngidir. Çünki onun tərkibində hər cür nümunə var:

İllərin uğursuzluğuna düçar olan ənənəvi müxalifət, siyasi riyakarlığın bariz nümunələri , qərbpərəstlər , ruspərəstlər, iranpərəstlər. Və aralarında bir tək rast gəlmədiklərimiz - Azərbaycanpərəstlərdir!

Elə bu səbəbdəndir ki, təşkilatın yaranması ilə bağlı aparılan son müzakirələrdə ümumən Azərbaycan adı keçməyib. Bütün kritika və dilemma Rusiya ilə Avrointeqrasıya meylləri arasında haçalanıb.

Və nə qəribədir ki, bu acı həqiqəti, aralarında gedən anti-Azərbaycan ritorikasını özünə lider deyən siyasi səbatsızlar mətbuat səhifələrinə belə çıxarmaqdan çəkinməyiblər.

Müxalif mətbuat dünənki manşetlərində özü etiraf etdi ki, birbaşa Rusiya təmsilçiliyini ifadə edən qərarların qəbuluna qarşı azacıq da olsa İsa Qəmbər təsir etməyə çalışıb.

Sonunda isə onu da inandırmağa nail olublar ki, belə olmasa heç bir dəstəkdən söhbət gedə bilməz. Avropadan və qərbdən birmənalı şəkildə imtina etmək və tam heyətlə Rusiyanın üzərinə “yıxılmaq”lazımdır. Çünki məsləhət belədir!

O zaman sual olunur: Yaxşı bəs bunlar, sahib olduqları ideologiya ilə hara aparmaq istəyirlər Azərbaycanı? Daha nələri satmağı, qurban verməyi planlayırlar görəsən? Öz millətinə qarşı olan bu qədər nifrətin, qəzəbin, kinin səbəbi nədir?

Elə hey deyirlər, təşkilatlanırıq. Kiminlə? “Skayp qəhrəmanı” İbrahimbəyovlamı? Azərbaycan siyasətinin Amerika bürosundakı təmsilçisi Rəsul Quliyevləmi? Yoxsa özünü siyasətdən tam ayırıb məişət qayğılarına həsr edən Lalə Şövkətləmi?

İnanın, cəmiyyət içində bir nəfər belə ciddi nüfuzu, istedadı olan kəs üzv olmayıb bu təşkilata! Hətta görün nə vəziyyətdir ki, Bəxtiyar Hacıyev belə bəyənməz olub bunları. Bir ayın nəticəsi və əmək sərfiyyatı olaraq tapıb ortaya çıxardıqları isə Əvəz Temirxandan, Mirmahmud Fəttayevdən o yana keçmir.

Təşkiların ən az ikidə bir təmsilçiləri virtual ulduzlardır, xaricdə kök salanlardır, bu ölkəyə, bu millətə sözün əsl mənasında dəxli olmayanlardır!

Odur ki, hələ bir az da səbr etməyə dəyər. Gözləyək görək Rəsul Quliyevdən distansion siyasətin estafetini təhvil alan İbrahimbəyov “Oskar”festifalı ilə səhv saldığı Azərbaycan siyasətində daha hansı “xaliqə”ləri yaradacaq, daha hansı janrları tətbiq edəcək və daha kimlərə qurluşçu rejissoru olduğu tamaşada rol verəcək...”

OXŞAR XƏBƏRLƏR