ABŞ prezidenti Donald Tramp gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə nadir torpaq ehtiyatlarının təhlükəsizliyini müzakirə etmək üçün danışacağını deyib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə ABŞ lideri rusiyalı həmkarı Vladimir Putinlə danışmaq istədiyini də bildirib.
Onun planlarını Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı açıqladığı bildirilir.