"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib

"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
DÜNYA
18:19 20.10.2026
95
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Norveçin paytaxtı Osloya gedib.

Görüşdə Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edəcək.

ABŞ Prezidentinin kürəkəni və müşaviri Cared Kuşner isə danışıqlara videobağlantı vasitəsilə qoşulacaq. Norveç hökuməti bildirib ki, Kuşner və Uitkoffun görüşlərə qoşulmasını Ukrayna tərəfi xahiş edib.

Danışıqların əsas məqsədi Ukraynada müharibənin başa çatdırılması üzrə diplomatik səyləri daha konstruktiv məcraya yönəltməkdir.
 
///Reuters
OXŞAR XƏBƏRLƏR