Aşıq Zülfiyyə İbadova həyat yoldaşı ilə ayrılması haqda yayılan xəbərlərdən danışıb.
AZXEBER.COM xəbər verir ki, "Günə uğurla" verilişində müğənni Rəvan Qarayevin sənətçiyə "Həyat yoldaşınızla nə vaxtsa boşanma həddinə gəlib çıxmısınız?" sualını verməsi onu əsəbiləşdirib.
Bu sözləri aşığı özündən çıxardıb:
"Rəvan məni harada görübsə, yoldaşım yanımda olub. Belə bir şey deməməli idi, səhv edib. Belə şey olmayıb. Həyat yoldaşımla bu günə qədər cəmi 3 gün küsülü olmuşam. O da oğlumuz Babəkin üstündə" deyə, Zülfiyyə əlavə edib.
Aysel









































